“Beşiktaş” Cenk Tosuna vida etdi

Bakı, 16 iyul, Sporaz.tv

Beşiktaş” klubu müqaviləsi başa çatan 33 yaşlı hücumçu Cenk Tosun üçün vida mesajı yayıb.

Sporaz.tv xəbər verir ki, ağ-qara klubdan verilən açıqlamada, “Cenk Tosuna göstərdiyi səylərə görə təşəkkür edirik. 2014-cü ildə yollarımız kəsişən, A Milli Komandamızın dəyərli oyunçusu Cenk Tosun ilə peşəkar müqaviləmiz sona çatmışdır. Cenk Tosuna klubumuzda göstərdiyi səylərə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq”. -deyildi.