“Beşiktaş” ayrılığı rəsmən açıqladı

Bakı, 31 iyul, Sporaz.tv

BeşiktaşAnte Rebicin müqaviləsinə xitam verildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” Ante Rebiclə yollarını rəsmən ayırıb. “Qara-ağlar” açıqlamalarında xorvatiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini bildirib.

“Beşiktaş”ın KAP-a verdiyi açıqlamada, “Peşəkar futbolçumuz Ante Rebic ilə müqaviləmiz qarşılıqlı anlaşma ilə ləğv edildi. Bu, hörmətlə ictimaiyyətə açıqlanır” bəyanatlar daxil edilmişdir.

Ante Rebic “Beşiktaş” karyerasında 23 matçda forma geyinib. 691 dəqiqə şans qazanan 30 yaşlı futbolçu bu matçlarda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm