“Beşiktaş”, Aboubakarı klubdan getməsi üçün razı sala bilmir

Bakı, 16 avqust, Sporaz.tv

Beşiktaş“ın heyətində nəzərə alınmayan Vincent Aboubakarın Səudiyyə Ərəbistandan və Braziliyadan gələn təklifləri geri çevirdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Giovanni van Bronckhorstun onu heyətdə hesab etmədiyi və ağ-qara rəhbərliyin yollarını ayırmaq istədiyi Vincent Aboubakarın ayrılmamaq üçün müqavimət göstərdiyi iddia edilib.

“Beşiktaş”la müqaviləsi 2025-ci ildə başa çatacaq Aboubakar, kluba edilən bütün təklifləri rədd edir.

Braziliya Liqası və ərəb ölkələrindən gələn təklifləri rədd edən kamerunlu hücumçu, hər il 3 milyon 110 min avro zəmanətli maaş alır. Klubla inadkarlıq edən 32 yaşlı futbolçu, müqaviləyə xitam vermək üçün bu pulun ona ödənilməsini istəyir.

AboubakarQara-ağlar, Vincent Aboubakarın heyətdə nəzərə alınmadığını açıq şəkildə bildirdilər. Rəhbərlik kamerunlu hücumçuya “Bundan sonra heyətdə olmağın çox çətindir” mesajını çatdırsa da, ayrılıq üçün müsbət cavab almayıb.
Baş məşqçi Covanni van Bronkhorst, liqada “Galatasaray” və “Samsunspor”la Super Kubok matçları üçün Aboubakarı heyətə daxil etməyib. Hollandiyalı çalışdırıcının Aboubakara şans verməyi düşünmədiyi bildirilib.