“Beşiktaş” Aboubakar, Colley və Masuakuya qovuşdu

Bakı, 8 iyul, Sporaz.tv

Yeni mövsüm hazırlıqlarını davam etdirən “Beşiktaş“da məşqdə məzuniyyət müddəti başa çatan Vincent Aboubakar, Omar ColleyArtur Masuaku da iştirak edib.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş”da məzuniyyəti başa çatan futbolçular Vinsent Aboubakar, Omar Colley və Artur Masuaku komandaya qoşulub.

“Qara-ağlı” komanda yeni mövsümün hazırlıqlarını günün ilk məşqi ilə davam etdirib.

İlk 20 dəqiqəsi mətbuata açıq olan məşqdə BJK Nevzat Dəmir Təsislərində baş məşqçi Giovanni van Bronckhorstun rəhbərliyi altında futbolçular qruplara bölünərək topu tutma və ötürmə məşqi etdi.

Məzuniyyəti başa çatan Abubakar, Colley və Masuaku komandaya qoşularaq ilk məşqinə çıxıblar. Amir Hadziahmetovicin fərdi çalışdığı və Ante Rebicin müalicəsini davam etdirdiyi öyrənilib.

2024-cü il futbol üzrə Avropa çempionatında mübarizə aparacaq albaniyalı futbolçu Ernest Mucinin iyulun 15-də Sloveniya düşərgəsinə qoşulacağı bildirilib. Qeyd olunub ki, milli futbolçular Mert Günok və Semih Kılıçsoy iyulun 20-dən sonra yeni mövsümün hazırlıqlarına cəlb olunacaqlar.

Beşiktaş 2024-2025 mövsümü hazırlıqlarını axşam məşqi ilə davam etdirəcək.

Bahar Rüstəm