Bakı, 12 oktyabr, Sporaz.tv
Zədəsi səbəbindən Türkiyə milli komandadan uzaqlaşdırılan Mert Günokun Super Liqada “Beşiktaş”-ın “Konyaspor”-la qarşılaşacağı matçda meydanda olacağı gözlənilir.
Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasında milli fasilədən sonra “Konyaspor“-u qəbul edəcək “Beşiktaş“-a iki futbolçudan şad xəbər gəlib.
TRT Sporda yer alan xəbərdə “Eintracht Frankfurt“(Ayntracht Frankfurt) matçında istirahət edən və Super Liqada “Gaziantep FK” ilə matçda ilk 11-ə qayıdan Mert Günokun “Konyaspor” matçı üçün heyətdə olmasının gözlənildiyi bildirilib.
Mert Günok, müalicəsini klubunda davam etdirmək üçün Türkiyə millisinin heyətindən çıxarılıb.
Digər tərəfdən, “Gaziantep FK” matçından əvvəl zədələnən Ersin Destanoğlunun milli fasilədən sonra heyətə daxil olacağı bildirilirdi.
Super Liqada “Beşiktaş”-ın “Konyaspor”-u qəbul edəcəyi matç oktyabrın 20-i bazar günü oynanılacaq.
Tüpraş stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.