“Beşiktaş” 2 futbolçusunun müqaviləsinə xitam verib

Bakı, 30 iyul, Sporaz.tv

Ante Rebic“(Ante Rebiç) və “Ajdin Hasic“(Ajdin Hasiç)in “Beşiktaş”dakı müqavilələrinə xitam verildiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün heyət planlamasını davam etdirən Beşiktaşda uzun müddətdir gedişi gündəmdə olan 2 futbolçunun müqaviləsinə xitam verilib.

“TRT Spor”da yer alan xəbərə görə, “Beşiktaş” Ante Rebic və Ajdin Hasiclə yollarını ayırıb. “Qara-ağlar” 2 futbolçu ilə müqaviləyə xitam verib.