Bertuğ Yıldırım üçün rəsmi danışıqlar başladı

Bakı, 10 iyul, Sporaz.tv

Yerli hücumçu axtarışlarını davam etdirən “Fenerbahçe” “Rennes”in mərkəz hücumçusu Bertuğ Yıldırımı heyətinə qatmaq istəyir. “Rennes”in Bertuğ üçün 7 milyon avro transfer haqqı istədiyi, “Fenerbahçe”nin isə bu rəqəmi 5 milyon avroya endirməyə çalışdığı öyrənilib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe” türkiyəli mərkəz hücumçusunu dəstəkləmək üçün səylərini sürətləndirib.

Rennesdən Bertuğ Yıldırım üçün rəsmi danışıqlar başlayıb.

Liqa 1 komandası milli futbolçu üçün 7 milyon avroluq transfer tələb edir. Fenerbahçe isə bu gözləntisini 5 milyon avroya endirməyə çalışır.

21 yaşlı mərkəz hücumçusu sarı-göy rəngli formanı geyinməyə həvəslidir. Tərəflər arasında danışıqlar davam edir.

Bertuğ Yıldırım da millinin Avro-2024 heyətində yer alsa da, vaxt tapa bilməyib. Ötən mövsüm o, “Rennes”in heyətində 28 matçda iştirak edib, onlardan 6-sı start 11-də olub və 1 qol və 1 məhsuldar ötürmə edib. Liqa 1 komandası gənc futbolçunu 5,4 milyon avroya heyətinə qatıb.