Berquisdən “Beşiktaş”ın təklifinə cavab

Bakı,5 iyun,Sporaz.tv

BeşiktaşRəşid Ghezzalın komandadan ayrılmasından sonra bu bölgəyə transfer etmək üçün qollarını çırmalayıb.

Sporaz.tv xəbər verir ki, qara-ağların hədəfində olan adlardan biri Stiven Berquisin, qara-ağların təklifinə cavab verdiyi iddia edilib.

“Beşiktaş” Qhezzalı Stiven Berquislə əvəzləmək istəyir.

Əvvəllər Ajax (Ayaks)-dan ayrılmaq istəməyən 32 yaşlı futbolçu fikrini dəyişərək təklifləri görmək istəyib.
“Beşiktaş”ın Berquisə Ghezzalın illik 2,5 milyon avro maaşını təklif etdiyi iddia edilib.

Lakin hollandiyalı futbolçu bu rəqəmi qəbul etməyib və bonuslarla birlikdə təklifin artırılmasını istədi.

Futbolçu bu mövsüm 29 matçda “Ayaks”ın formasını geyinib.32 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.