Berke Saka, Avropa üçüncülüyünü qazanıb

Bakı, 24 iyun, Sporaz.tv

Türkiyə Millisinin üzgüçüsü Berke Saka, Serbiyada davam edən su idmanı üzrə Avropa çempionatında 200 metr məsafəyə qarışıq üsulla üzgüçülükdə bürünc medal qazanıb.

Sporaz.tv xəbər verir ki, Türkiyə Üzgüçülük Federasiyasından verilən məlumata görə, Berke, paytaxt Belqradda Milan Gale Muskatirovic İdman Salonunda keçirilən çempionatda 200 metr məsafəyə qarışıq üslubda finalda iştirak edib.

Milli üzgüçü 1.58.62 göstərici ilə yarışı üçüncü yerdə başa vuraraq bürünc medal qazanıb.

Kişilər arasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında milli üzgüçü Deniz Ertan 4.17.92 göstərici ilə final yarışını 7-ci yerdə başa vurub.