Benfikada Orkun Kökçü qərarı

Bakı , 3 may , Sporaz.tv

Portuqaliyanın “Benfika” komandası mövsümün sonunda müqaviləsi bitəcək Rafa Silvanın yerinə transfer etməyi planlaşdırmır. “Benfika“nın Rəfanı Orkun Kökçü ilə əvəzləyəcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki , Portuqaliya mətbuatında yer alan “A Bola”da yer alan xəbərdə Orkun Kökçünün Rafanın gedişindən sonra 10 nömrəyə daşınacağı bildirilirdi.

Xəbərdə “Benfika”nın transfer etmək əvəzinə Orkunu bu vəzifəyə təyin edəcəyi və milli futbolçunun özünü daha rahat hiss etdiyi yerdə oynatacağı bildirilib.

Son 5 matçın 4-də bu mövqedə çıxış edən Orkun Kökçünün yeni mövsümdə 10 nömrədə çıxış edəcəyi bildirilib.
Orkun Kökçü mövsümün əvvəlində “Feyenoord”dan “Benfika”ya transfer olunmuşdu.

Benfika Türkiyə milli futbolçusu üçün 25 milyon avro transfer haqqı ödəyib və onun sərbəst qalma məbləğini 150 milyon avro müəyyənləşdirib.

Bahar Rüstəm