Bakı, 6 sentyabr, Sporaz.tv
Türk futbolçu Kerem Aktürkoğlunu heyətinə qatan Portuqaliyanın “Benfica” klubu Bruno Lageni texniki direktor təyin edib.
Sporaz.tv xəbər verir ki, “Benfica” liqanın ilk 4 həftəsindəki zəif nəticələrə görə avqustun 31-də qovulan Roger Schmidtin yerinə keçmişdə komandanı çalışdırmış Bruno Lageni seçib.
Lissabon şəhərinin komandası “Benfica”, Lage ilə iki mövsümlük müqavilə imzaladıqlarını açıqladı.
Lage açıqlamasında: “Biz azarkeşləri geri qaytaran cəlbedici Futbol oynamaq istəyirik” dedi.
48 yaşlı portuqaliyalı məşqçi 2018-ci ildə Benfikaya ilk gəlişində oxşar vəziyyətin olduğunu və prioritetlərinin “yaxşı futbol və yenidən azarkeşləri qazanmaq” olduğunu vurğulayaraq, “Azarkeşlər kimi mən də Benficanın hücumda oynamasını istəyirəm” dedi.
Lage 2018-2020-ci illər arasında çalışdırdığı “Benfica”nı bir dəfə liqa çempionu etdi (2019).
Portuqaliyalı çalışdırıcı sonuncu dəfə Braziliyanın “Botafogo” komandasını çalışdırıb.
“Benfica” son 4 həftədə 7 xalla Portuqaliya 1-ci liqasında 7-ci yerdədir. “Benfica” həftənin əvvəlində “Galatasaray”dan Kerem Aktürkoğlunu transfer edib.
Bruno Lage UEFA Avropa Liqasının son 32 turunda 14 fevral 2019-cu ildə İstanbulda keçirilən matçda “Galatasaray”ı 2:1 hesabı ilə məğlub edən “Benfica”nın baş məşqçisi və Portuqaliya yığmasının ilk qələbəsini qazanmasına kömək edən şəxs olub.
Bahar Rüstəm