Bakı, 4 oktyabr, Sporaz.tv
“Benfica“-da Kerem Aktürkoğlu ilə uğurlu mövsüm keçirən Orkun Kökçü üçün “Liverpool”(Liverpul) iddiaları gündəmə gəlib. Orkun Kökçünün transferi ilə bağlı son qərarı Portuqaliya komandasının verdiyi iddia edilib.
Sporaz.tv məlumat verir ki, Kerem Aktürkoğlu və Orkun Kökçü, bu mövsüm “Benfica” forması altında göstərdikləri performansla Avropa nəhənglərinin radarına düşüb.
Nəhayət, “Liverpool“-un Orkun Kökçü ilə bağlı iddiaları gündəmə gəlib.
“Feyenoord”-da çalışdığı məşqçi Arne Slot qırmızıların məşqçisi olduqdan sonra, türkiyəli futbolçunun mümkün yeni ünvanı kimi İngiltərə komandası göstərilib.
Orkun Kökçü üçün son qərarı “Benfica”-nın verdiyi bildirilib. “Liverpool”-dan təklif gəlsə, “Benfica”, güclü bazarlıq edəcək.
Xəbərdə “Benfica”-nın Orkun Kökçünü satmaq fikrində olmadığı, ona görə də yalnız futbolçunun böyük məbləğdə transferinə razılıq verəcəyi bildirilib.
Orkun Kökçü bu mövsüm “Benfica”-da 13 oyun keçirib. Türkiyəli futbolçu bu matçlarda 4 qol vurub, 3 məhsuldar ötürmə edib.