“Benfica”dan Kerem Aktürkoğlu qərarı

Bakı, 19 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-dan “Benfica“ya transfer olunan Kerem Aktürkoğlunun Portuqaliya macərası yuxu kimi başlayıb.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında bu axşam səfərdə “Crvena zvezda” ilə qarşılaşacaq “Benfica”nın texniki heyəti Kerem Aktürkoğlu ilə bağlı qərarını verib.
Galatasaray (Qalatasaray)-ın 12 milyon avroya “Benfica”ya göndərdiyi Kerem Aktürkoğlu Portuqaliya komandasındakı macərasına gözəl başlayıb.

“Benfica” ilə ilk matçını “Santa Clara”ya qarşı keçirən Kerem Aktürkoğlu, yaxşı çıxışını qolla tamamlayıb.
Digər tərəfdən, Benfika bu axşam Çempionlar Liqasında oynayır. Portuqaliya təmsilçisi ilk həftənin oyununda səfərdə “Crvena zvezda” ilə qarşılaşacaq.

“Benfika”dan Kerem Aktürkoğlunun da matç günü postuna daxil olması diqqət çəkib.

Milli futbolçunun bu axşam “Crvena zvezda” ilə qarşılaşmada start 11-də yer alacağı dəqiqdir.
Matç bu axşam 20:45-də start götürəcək.

Leave a Reply