Bakı, 11 noyabr, Sporaz.tv
Portuqaliya Liqasının 11-ci həftəsində “Benfica” “Porto“-nu qəbul edib.
Sporaz.tv xəbər verir ki, Estadio da Luz Stadionunda oynanan matç, meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Benfica”-da 30-cu dəqiqədə Alvaro Fernandez, 56 və 82-ci dəqiqədə Angel Di Maria, fərqlənib. 61-ci dəqiqədə qonaq komandanın oyunçusuNehuen Perezin avtoqolu ilə “Benfica” hesabına 1 dəfə də xal yazdırıb.
“Porto”-nun yeganə qoluna 44-cü dəqiqədə Samu Omorodion imza atıb.
Bu nəticə ilə “Benfica” xallarını 25-ə yüksəldib və 3-cü pillədə qərarlaşıb. “Porto” 27 xalla 2-ci yerdədir.