“Benfica” 3 matçı qolla başa vurub

Bakı, 30 oktyabr, Sporaz.tv

Kerem Aktürkoğlu və Orkun Kökçünün oynadığı “Benfica” Portuqaliya Liqa kubokunun 1/4 finalında “Santa Clara“-ya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Sporaz.tv məlumat verir ki, Portuqaliya Liqa Kubokunun 1/4 final mərhələsində “Benfica” və “Santa Clara” komandaları üz-üzə gəlib.

İlk hissə qolsuz keçsə də, qollar ikinci hissədə oldu. Hesab pərdəsini 72-ci dəqiqədə Angel Di Maria açıb. Pavlidis, 76 və 80-ci dəqiqələrdə vurduğu qollarla hesabı müəyyən edib.

“Benfica” Portuqaliya Kubokunun yarımfinalına yüksələn komanda olub.

Qarşılaşmaya ilk 11-də başlayan Kerem Aktürkoğlu 78-ci dəqiqədə Şjelderupla əvəzlənib. Orkun Kökçü ikinci hissənin əvvəlində Renato Sançeşi əvəzləyib.

Leave a Reply