Bellingham La Liqada mövsümün oyunçusu seçilib

Bakı, 29 may, Sporaz.tv

“Real Madrid”in ingilis futbolçusu Jude Bellingham İspaniya La Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Sporaz.tv xəbər verir ki, 2023-2024 mövsümünün əvvəlində Dortmund Borussiasından Real Madridə transfer olunan Jude Bellingham göstərdiyi performansla komandasının çempionluğunda önəmli pay sahibi olub.

20 yaşlı yarımmüdafiəçi 28 matçda 19 qol vurub, 6 məhsuldar ötürmə edib. İlk mövsümündə La Liqa çempionluğu ilə yanaşı, Bellingham İspaniya Superkubokunu da qazandı.

İngilis futbolçu şənbə günü, iyunun 1-də UEFA Çempionlar Liqasının finalında çıxış edəcək.

Bellingham La Liqada “mövsümün ən yaxşı oyunçusu” mükafatına layiq görülüb. Bellinqem mükafatını komanda yoldaşlarına, məşqçi və klub heyətinə həsr etdiyini açıqlayıb.

Bahar Rüstəm