Becao üçün sürpriz təklif

Bakı, 21 avqust, Sporaz.tv

Fenerbahçe“nin Jose Mourinhonun ona az vaxt verdiyi futbolçulardan biri olan Rodrigo Becao üçün təklifi var. UEFA Avropa Liqasının son çempionu olan “Atalanta” braziliyalı müdafiəçi üçün sarı-göylülərin qapısını döyə bilər.

Sporaz.tv xəbər verir ki, “Atalanta”, Jose Mourinhonun “Fenerbahçe”də müdafiəçi xəttində ilk seçimlərdən biri olmayan Rodrigo Becao ilə maraqlanır.

Toloi, Kolosinac və Skalvininin zədələrindən sonra Atalanta Rodriqo Becaonu transfer siyahısına əlavə edib.

“Fenerbahçe”nin Becao üçün məcburi alış opsiyonu ilə icarə tələb edə biləcəyi ifadə edildi.

Daha əvvəl İtaliya A Seriyasında “Udinese”də çıxış edən Becao, liqa ilə tanış olmadığı üçün “Atalanta” baş məşqçisi Gasperini üçün ilk seçimlərdən biri olduğu bildirilirdi.

“Fenerbahçe”nin heyətində 23 matça çıxan Becao bu matçlarda 1730 dəqiqə meydanda olub.

28 yaşlı müdafiəçi 1 dəfə qola töhfə verib. Becaonun “Fenerbahçe” ilə 2028-ci ilə qədər müqaviləsi var.

Bahar Rüstəm