“Bayern Münih”nin yeni transferi böyük bədbəxtlik yaşadı

Bakı, 29 iyul, Sporaz.tv

Bayern Münih“(Bavariya), yoldaşlıq görüşündə Regional Liqa təmsilçisi “Düren“lə 1-1 bərabərə qalıb. “Bayern Münih“nin yeni transferi Hiroki İtonun matçda ayağının qırıldığı və uzun müddət meydandan uzaq qalacağı öyrənilib.

Sporaz.tv məlumat verir ki, “Bayern Münih”, yoldaşlıq görüşündə Regional Liqa təmsilçisi “Düren”lə 1-1 bərabərə qalıb.

“Bayern Münih”nin bu yay “Stuttqart”dan heyətinə qatdığı Hiroki İto matçda böyük bədbəxtlik yaşayıb. Müdafiəçinin ayağının sındığı öyrənilib.

Bayern Münih idman CEO-su Max Eberl oyunçuları üçün açıqlama verdi: “Hiroki İtonun ayağı sınıb. O, uzun müddət bizimlə olmayacaq”. -sözlərini dedi.

Hiroki İto 23,5 milyon avroya transfer olunub. Futbolçu ötən mövsüm Bundesliqada 26 matçda meydana çıxıb.