“Bayern Münih” qərarını dəyişdirdi

Bakı,16 may,Sporaz.tv

Almaniya mətbuatında “Bavariya“nın məşqçi seçimi ilə bağlı yeni iddialar ortaya çıxıb. Bavariya komandasının “Thomas Tuchel”le yollarını ayırmaqdan vaz keçdiyi iddia edilib.

“Bavariya”nın çalışdırıcısı ilə bağlı qeyri-müəyyənlik hələ də bitməyib.Bu mövsüm Bundesliqa çempionluğunu “Bayer Leverkuzen“ə uduzan Bavariya təmsilçisi ötən günlərdə mövsümün sonunda Tomas Tuchel ilə yollarını ayıracağını açıqlamışdı. Ancaq mövzu ilə bağlı yeni inkişaflar gündəmdədir.

Alman mətbuatı, başda Xabi AlonsoRalf Rangnick olmaqla, istədikləri məşqçiləri razı sala bilmədikləri üçün klub rəhbərliyinin bu qərarından vaz keçməli olduğunu iddia edib.Kapitan “Manuel Neuer“in başçılıq etdiyi bir qrup oyunçu rəhbərliklə görüşərək “Tomas Tuchelin qalmasını istəyirik” deyib. Bu qərarda onun xahişinin də təsirli olduğu iddia edilib.

“Bavariya”nın rəhbəri kimi 60 matça çıxan Tomas Tuchel 37 qələbə, 8 heç-heçə və 15 məğlubiyyətlə hər matçda orta hesabla 1,98 xal qazanıb.