“Bayern Munich”dən “Şanlıurfaspor”a

Bakı, 24 avqust, Sporaz.tv

Bayern Munich“in akademiyasının yetirməsi olan və Almaniya klubu ilə müqaviləsi başa çatan yarımmüdafiəçi Salih ŞenŞanlıurfaspor“la anlaşıb.

Sporaz.tv xəbər verir ki, Trendyol 1-ci Liqa komandalarından olan “Şanlıurfaspor” yarımmüdafiəçi Salih Şeni heyətinə qatıb.

Klubun sosial media hesabından edilən açıqlamada “Klubumuz Almaniyanın “Bayern Munich” komandasından Şanlıurfalı 18 yaşlı yarımmüdafiəçi Salih Şen ilə müqavilə imzalayıb” deyildi.

Açıqlamada imzalanma mərasimində klub prezidenti Mehmet Giray Küçük, başçı müavinləri Məhərrəm Aydın və İbrahim Yavuzel və Futbol şöbəsindən məsul vitse-prezident Muhittin Kelekçinin də olduğu qeyd edilib.

Bahar Rüstəm