“Bayern Munich”dən 51 milyon avroluq transfer

Bakı, 11 iyul, Sporaz.tv

Bayern Munich” “Fulham“ın portuqaliyalı hücumçusu Joao Palhinha ilə 4 illik müqavilə imzaladığını açıqlayıb. Bu transfer üçün “Bayern Munich”in ingilis klubuna 51 milyon avroluq transfer haqqı ödədiyi iddia edilirdi.

Sporaz.tv xəbər verir ki,  Almaniyanın “Bayern Munich” komandası İngiltərə Premyer Liqa təmsilçisi “Fulham”da çıxış edən portuqaliyalı yarımmüdafiəçi Joao Palhinhanı heyətinə qatdığını açıqlayıb. “Bayern Munich” 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Alman mətbuatında yer alan xəbərə görə; “Bayern Munich” bu transfer üçün “Fulhem”ə 51 milyon avro ödəyib.

Bahar Rüstəm