Bakı,23 may,Sporaz.tv
“Bayern Munich” “Burnley“nin baş məşqçisi Vincent Kompany ilə anlaşmaya yaxındır. Bildirilib ki, Vincent Kompanynin təzminat haqqı ilə bağlı Burnley ilə danışıqlar davam edir.
Sporaz.tv xəbər verir ki, Thomas Tuchel ilə yollarını ayıracaqlarının açıqlanmasından sonra bir çox namizədlə görüşən “Bayern Munich” bu adlarla anlaşa bilməyib.
Bavariya komandasında gündəmə gələn Burnleynin baş məşqçisi Vincent Kompany idi.
“Athletic”də çıxan xəbərdə “Bayern Munich”nın Vincent Kompany üçün “Burnley” ilə danışıqları davam etdirdiyi və anlaşmanın qısa müddətdə tamamlanmasının gözlənildiyi bildirilib.
Kompanynin “Burnley” ilə 2028-ci ilə qədər müqaviləsi var.
“Bayern Munich” komandanın keçmiş məşqçiləri Hansi Flick və Julian Nagelsmann, həmçinin “Bayer Leverkusen”i çempionluğa aparan Xabi Alonso və Avstriya Milli Komandasını çalışdıran Ralf Rangnicklə görüşlərdən istədiyi nəticəni ala bilməyib.
“Manchester City”dən ayrıldıqdan sonra “Anderlecht”ə transfer olan Vincent Kompany 1 mövsüm Belçika komandasında futbolçu və məşqçi kimi fəaliyyət göstərib.
2020-ci ildə təqaüdə çıxan və komandanın başına keçən və 2022-ci ilə qədər “Anderlext”i çalışdıran Kompani 2022/23 mövsümündə “Burnley” ilə müqavilə imzalayıb.
“Burnley”dəki ilk mövsümündə komandasını Premyer Liqaya çıxaran Vincent Kompany mövsümü 24 xalla 19-cu pillədə başa vurub.
Vincent Kompany futbolçu karyerasında Hamburgla yanaşı, “Anderlecht” və “Manchester City” komandalarında da çıxış edib.
Bahar Rüstəm