“Bayern Münhen”də Leon Goretzka qərarı

Bakı, 17 avqust, Sporaz.tv

Bayern Münhen“, Leon Goretzka ilə yollarını ayırmağı planlaşdırır. Goretzka isə karyerasını Bavyera komandasında davam etdirmək istəyir.

Sporaz.tv məlumat verir ki, gələn həftə Bundesliqada yeni mövsüm başlamazdan əvvəl bu axşam Almaniya kubokunda “Bayern Münhen”, Ulm ilə qarşılaşacaq.

Bu matçdan əvvəl Leon Goretzkanın Ulm matçı üçün heyətdə yer almadığı və Bayern Münhen komandasının 29 yaşlı futbolçu ilə yollarını ayırmaq istədiyi bildirilib.

Xəbərdə, Leon Goretzkanın komandada qalmaq istədiyi və bu yay Bayern Münhendən ayrılmağı planlaşdırmadığı bildirilib.

Goretzka komandadan ayrılmaq istəməsə də, mövsümün ilk yarısında alacağı vaxtın onun “Bayern Münhen”dakı gələcəyini müəyyənləşdirəcəyi qeyd edilib.

Bildirilib ki, təcrübəli futbolçu istədiyi oyun vaxtını ala bilməsə, ara transfer dövründə komandadan ayrılmağı düşünə bilər.

2018-ci ildə “Schalke“dən “Bayern Münhen”ya transfer olunan Leon Goretska, 221 matçda meydana çıxıb.

Goretzka, bu matçlarda 40 qol vurub, 46 məhsuldar ötürmə edib.

Alman futbolçu, “Bayern Münhen” ilə 11 kubok qazanıb.