“Bayern München”dən istədiyi məbləğ heyrətləndirici idi

Bakı,13 may,Sporaz.tv

Avstriyalı baş məşqçi Ralf Rangnikdən gözlədiyini tapa bilməyən “Bavariya” “Kristal Pelas”ın çalışdırıcısı Oliver Qlasnerlə maraqlanır. Alman mətbuatında yer alan xəbərə görə, ingilis komandasının avstriyalı çalışdırıcı üçün tələb etdiyi transfer qiyməti heyrət doğurub.

Sporaz.tv xəbər verir ki, Mövsümün sonunda Tomas Tuxellə yollarını ayıracaq” Bayern München”dən yeni məşqçi axtarışları davam edir . Bavariya komandası sonuncu dəfə “Kristal Pelas”ın qapısını döysə də, gözlənilməz cavab alıb.

Fevral ayında “Kristal Pelas”a başçılıq edən Oliver Qlasnerin İngiltərə komandası ilə 2026-cı ilə qədər müqaviləsi var. Qlasner “Kristal Pelas”la son 6 matçda 5 qələbə və 1 məğlubiyyət alıb.

Vüqar ALIŞOV