Bakı, 6 avqust, Sporaz.tv
“Bayern München”də çıxış edən Leon Goretzkanın adı Fenerbahçe (Fənərbaxça) ilə hallanır. Alman nəhənginin 29 yaşlı futbolçunu sarı-göylü komandaya verməyə razı olduğu iddia edilib.
Sporaz.tv xəbər verir ki, heyətini böyük ölçüdə formalaşdıran Fenerbahçe (Fənərbaxça), yalnız yarımmüdafiə transferlərinə köklənib. Sarı-göylülər arasında bu bölgə üçün adı çəkilən futbolçulardan biri də Leon Goretzkadır.
Alman nəhəngi mesajında ”Görüşməyə hazırıq. Futbolçunu razı sal” deyib.
Fenerbahçe (Fənərbaxça)-nın idman direktoru Mario Branconun qısa müddətdə Almaniyaya gedərək görüşə başlayacağı iddia edilib.
Goretzkanın mövqeyindən asılı olaraq rəsmi danışıqların başlanıb-başlanmayacağı bəlli olacaq.
Goretzka, ötən mövsüm “Bayern München”nin heyətində 42 matçda iştirak edib.
29 yaşlı futbolçu, bu matçlarda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.