Bakı, 12 noyabr, Sporaz.tv
“Bayern München”in (Bavariya) baş direktoru Yan-Kristian Dresen klubda fəaliyyətini davam etdirəcək.
Sporaz.tv xəbər verir ki, Münhen komandasının komandasının müşahidə şurası 57 yaşlı menecerlə müqaviləni 2027-ci ilin iyun ayına qədər uzatmaq qərarına gəlib. Rəhbərlik funksionerlə yola davam etmək istədiyini bildirib.
Mütəxəssis kluba 2013-cü ildə baş maliyyə mütəxəssisi kimi qoşulub. Bir ildən sonra o, idarə heyətinin sədr müavini vəzifəsinə yüksəlib. 2023-cü ilin may ayında Dresen baş direktor oldu.