“Bayern München”dən “Fenerbahçe”yə mesaj: “Görüşməyə hazırıq”

Bakı, 6 avqust, Sporaz.tv

Bayern München”də çıxış edən Leon Goretzkanın adı Fenerbahçe (Fənərbaxça) ilə hallanır. Alman nəhənginin 29 yaşlı futbolçunu sarı-göylü komandaya verməyə razı olduğu iddia edilib.

Sporaz.tv xəbər verir ki, heyətini böyük ölçüdə formalaşdıran Fenerbahçe (Fənərbaxça), yalnız yarımmüdafiə transferlərinə köklənib. Sarı-göylülər arasında bu bölgə üçün adı çəkilən futbolçulardan biri də Leon Goretzkadır.

Alman nəhəngi mesajında ​​”Görüşməyə hazırıq. Futbolçunu razı sal” deyib.

Fenerbahçe (Fənərbaxça)-nın idman direktoru Mario Branconun qısa müddətdə Almaniyaya gedərək görüşə başlayacağı iddia edilib.

Goretzkanın mövqeyindən asılı olaraq rəsmi danışıqların başlanıb-başlanmayacağı bəlli olacaq.

Goretzka, ötən mövsüm “Bayern München”nin heyətində 42 matçda iştirak edib.

29 yaşlı futbolçu, bu matçlarda 6 qol vurub, 11 məhsuldar ötürmə edib.