“Bayern München” böyük hesablı oyunda rekorda imza atıb

Bakı, 18 sentyabr, Sporaz.tv

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Zagreb “Dinamo“sunu 9:2 hesabı ilə məğlub edən Almaniyanın “Bayern München” klubu rekorda imza atıb.

Sporaz.tv “Report” -a istinadən xəbər verir ki, Münhen təmsilçisi yarışın əsas mərhələsində bir oyunda ən çox qol vuran komanda ünvanına yiyələnib.

Buna qədər Çempionlar Liqasının əsas mərhələsində ən böyükhesablı qələbəni İngiltərənin “Liverpul” klubu qazanmışdı. Mersisayd təmsilçisi Türkiyənin “Beşiktaş” komandasını 8:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, Vincent Kompanynin baş məşqçisi olduğu komandanın heyətində Harri Keyn (4), Rafael Gerrero (2), Leroy Sane, Leon Qoretska və Maykl Olise fərqlənib. “Dinamo”nun qollarını isə Bruno Petkoviç və Takuya Oqivara vurub.

Leave a Reply