“Bayer Leverkusen”in müdafiəçisi “Barcelona”ya transfer olunur

Bakı, 17 oktyabr, Sporaz.tv

Bayer Leverkusen“in müdafiəçisi Jonathan Tahın mövsümün sonunda Almaniya komandasını tərk edəcəyi və “Barcelona”ya transfer olunacağı iddia edilir.

Sporaz.tv xəbər verir ki, bu yay müqaviləsi başa çatacaq Tahın yeni komandasının “Barcelona” olacağı gözlənilir.

28 yaşlı futbolçu ilə “Real Madrid”in də maraqlandığı, lakin alman müdafiəçinin həmyerlisi  Hansi Flickə görə Kataloniya yığmasında oynamağa can atdığı bildirilib.

Qeyd edək ki, ikili Almaniya millisində də birlikdə çıxış ediblər.