“Bavariya”nın yapon müdafiəçisi

Bakı, 14 iyun, Sporaz.tv

Almaniya 1-ci Futbol Liqası (Bundesliqa) komandalarından biri olan “Bavariya“, Stuttgart (Ştutqart)-dan olan 25 yaşlı yapon müdafiəçi Hiroki İto ilə müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada Yaponiya millisinin 30 iyun 2028-ci ilə qədər qüvvədə olan müqavilə imzaladığı bildirilib.

Yapon müdafiəçi ötən mövsüm Bundesliqada Stuttgart (Ştutqart)-ın heyətində 26 matçda iştirak edib.