Batshuayinin ardından Edin Dzekoya da talib çıxdı

Bakı, 27 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbağça) ilə yollarını ayıran və Galatasaray (Qalatasaray)-la müqavilə imzaladığı iddia edilən Michy Batshuayidən sonra Fenerbahçe (Fənərbağça)-nın digər hücumçusu Edin Dzekoya da talib çıxıb.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm vurduğu qollarla uzun müddət sarı-göylülər komandaya dəstək verən, lakin ümumilikdə son matçlarda əvəzedici heyətdə yer alan bosniyalı futbolçu üçün Xorvatiyanın “Hajduk Split” komandasından təklif gəldiyi öyrənilib.