Batshuayi üçün böyük şok

Bakı, 12 noyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-da çıxış edən Michy Batshuayi, 7 milyon lirə aldadıldığını iddia edərək, müşavirindən şikayət edib. Sentyabrın 23-də saxlanılan Hüseyn B., məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Sporaz.tv məlumat verir ki, Superliqada “Beşiktaş” və “Fenebahçe“(Fənərbaxça_)-da forma geyinən, hazırda isə “Galatasaray”-da çıxış edən Michy Batshuayi, “Beşiktaş”-da ona məsləhət xidməti verən biri tərəfindən aldadıldığı iddiası ilə şikayət edib.

İyulun 10-da baş verən hadisədə Batshuayi, məsləhətçisi Hüseyn B.-yə 6 aylıq ev kirayəsi və avtomobil alması üçün 200 min avro ödəyib.

Lakin belçikalı futbolçunun sözlərinə görə, məsləhətçi icarə haqqını ödəməyib və söz verdiyi maşını çatdırmayıb.

Batshuayinin şikayəti ilə başladılan istintaq çərçivəsində Hüseyn B. sentyabrın 23-də İstanbul Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyi Fırıldaqçılıq Büro Komandirliyi qrupları tərəfindən nəzarətə alınıb.

Daha sonra ədliyyəyə sövq edilən Hüseyn B. məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Leave a Reply