Batshuayi İcardi ilə aralarında baş verənlərdən danışıb

Bakı, 10 avqust, Sporaz.tv

Galatasaray“ın belçikalı hücumçusu Michy Batshuayi komanda olaraq ən yaxşı vəziyyətdə olmadıqlarını, lakin çox çalışacaqlarını və daha yaxşı qələbələr qazanacaqlarını bildirib.

Sporaz.tv xəbər verir ki, Michy Batshuayi Trendyol Super Liqasının açılış matçında “Hatayspor”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra RAMS Parkda mətbuata açıqlama verib.

Vurduğu qola görə çox xoşbəxt olduğunu dilə gətirən Batshuayi, “Meydanda ilk dəfədir və qolumdur. Həm də qalib gəldiyimiz ilk matçdır. Buna çox sevinirəm. Bunu etməkdən xoşbəxtəm. Taraftarlarımızın qarşısında bu gün izlədiyiniz “Galatasaray” ən yaxşısı deyildi” dedi.

Vəzifəsinin qol vurmaq olduğunu bildirən Batshuayi, “Fenerbahçe”də istər oyuna gec girsəm də, istərsə də ilk 11-likdə başlasam, həmişə qol vurdum. Meydançaya girib işimi görürəm və qol vururam və digər komandanın müdafiəsini incidirəm” dedi.

İcardi ilə aralarındakı harmoniyaya toxunan belçikalı hücumçu, “İcardi ilə oynamaq çox asandır. Penalti olanda topu mənə vermək istəyirdi. İcardi də ağıllı oyunçudur. Eynən Mertens kimi. Sən belə futbolçularla komandaya daha asan uyğunlaşar” dedi.

Komandanın hələ də istənilən səviyyəyə çatmadığı sualını cavablandıran Batshuayi, “Bir aydır ki, buradayam. Bununla belə, məşqçimiz bunun səbəbini bilər. Çox çalışmalı və daha yaxşısını etməliyik” dedi.

Bahar Rüstəm