Batshuayi, Galatasaray yolçusu

Bakı, 19 iyun, Sporaz.tv

Galatasaray” Mitchy Batshuayini heyətinə qatmağa yaxındır “Sarı-qırmızılar” futbolçu ilə kiçik problemləri müzakirə edir.

Sporaz.tv məlumat verir ki, “Galatasaray” Mitchy Batshuayini heyətinə qatmağa yaxındır “Sarı-qırmızılar” futbolçu ilə kiçik problemləri müzakirə edir.
Fenerbahçe” ilə müqaviləsi başa çatan Mitchy Batshuayinin yeni ünvanı “Galatasaray”dır.

Belçikalı hücumçu illik 3 milyon avro qarşılığında 3 illik müqavilə imzalamağa yaxındır.

“Galatasaray”ın futbolçuya 4-5 milyon TL imza haqqı ödəyəcəyi gözlənilir.

Batshuayi ötən mövsüm “Fenerbahçe” ilə bütün yarışlarda 24 qol vurub.