Batshuayi 40 matçda 23 qol, 3 məhsuldar ötürmə

Bakı, 30 aprel, Sporaz.tv

“Fenerbahçe”(Fənərbaxça)nın hücumçusu Mişi Batşuayi çıxışı ilə təqdir olunur. “Beşiktaş”la 11-ci dəqiqədə şans qazanan belçikalı komandasına qələbə qazandıran adlardan olub. Batshuayi də dəqiqəyə qol sayına görə liderdir.

Sporaz.tv  xəbər verir ki, Mişi Batşuayi “Fenerbahçe”(Fənərbaxça)dakı çıxışı ilə heyran olub. “Beşiktaş”la qarşılaşmada start 11-də çıxış edən Batşuayi derbini qolla tamamlayıb.

Ona verilən şansdan yaxşı istifadə edən 30 yaşlı futbolçu bu yarışda qol vuran ilk belçikalı futbolçu olub.

Təcrübəli hücumçu bu mövsüm də 40 matçda meydana çıxıb. Ümumilikdə 23 dəfə fərqlənən belçikalı ulduz 3 dəfə dostlarına qol ötürməsi edib.

Mişi Batshuayi meydandan kənarda sarı-göylü komandanın məşhur adlarından birinə çevrilməyi bacarıb.

Simpatik rəftarı ilə seçilən belçikalı hücumçu komandada dostluq mühitinin yaranmasına öz töhfəsini verib.

Batshuayi dəqiqəyə qol sayına görə liderdir

Superliqada 500 dəqiqə və daha çox oyun keçirən futbolçular arasında ən yaxşı orta göstəriciyə Fənərbaxçanın belçikalı ulduzu Mişi Batshuayi sahib çıxıb.

Ümumilikdə bu mövsümə əvəzedici kimi başlayan Batshuayi 24 yarışda iştirak edib. Sözügedən qarşılaşmalarda 564 dəqiqə meydanda olan təcrübəli mərkəz hücumçusu 11 dəfə fərqlənib. Batshuayi 51 dəqiqədə vurduğu qolla bu sahədə zirvədə idi.

Vüqar Alışov