“Başakşehir”in rəqibi “San Marino”

Bakı, 18 iyul, Sporaz.tv

RAMS Başakşehirin UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi San Marino komandası “La Fiorita” olub.

Sporaz.tv xəbər verir ki, Avropa futbolunun 3-cü klub səviyyəli turnirinin 1-ci təsnifat mərhələsində RAMS Başakşehirin rəqibinin müəyyənləşəcəyi La Fiorita-İsloch Minsk matçının ilk matçında Belarusun “İsloch Minsk” komandası səfərdə 1:0 hesabı ilə qalib gəlib. Bu gün oynanan cavab qarşılaşmasında normal və əlavə vaxtda 1-0 öndə olan La Fiorita matçın sonunda penaltilərdə rəqibindən 4-2 üstün olub, 2-ci təsnifat mərhələsində RAMS Başakşehirin rəqibi oldu..

UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 25-də, cavab oyunları isə avqustun 1-də keçiriləcək.

RAMS Başakşehir bu turun ilk matçını evdə, cavab matçını isə səfərdə keçirəcək.