Başakşehirin qonağı “La Fiorita”dır

Bakı, 24 iyul, Sporaz.tv

RAMS Başakşehir“, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda sabah San-Marinonun “La Fiorita” komandasını qəbul edəcək.

Sporaz.tv xəbər verir ki,Başakşehir, Fatih Terim stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq qarşılaşmanı Monteneqro Futbol Federasiyasından Miloş Boskoviç idarə edəcək. Boskoviçin köməkçiləri eyni ölkədən Nikola Raduloviç və Vladislav Radenoviç olacaq.

Başakşehir, ötən mövsüm Super Liqanı 4-cü pillədə başa vurub və 2-ci təsnifat mərhələsində UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb. .

Qarşılaşmanın cavab oyunu avqustun 1-də San Marinoda keçiriləcək.

Turu keçən komanda 3-cü təsnifat mərhələsində “İberia Tbilisi” (Gürcüstan) – “Partizani” (Albaniya) matçının qalibi ilə qarşılaşacaq.