“Başakşehir”in Konfrans Liqasındakı rəqibi bəlli olub

Bakı, 5 avqust, Sporaz.tv

UEFA Konfrans Liqasında Başakşehir 3-cü təsnifat mərhələsində “Iberia Tiflisi“ni məğlub edərsə, pley-offda “St.Patrick’s“-“FC Sabah” matçının qalibi ilə qarşılaşacaq. Başakşehir pley-offa yüksələrsə, ilk matçını avqustun 22-də keçirəcək.

Sporaz.tv xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatmada Başakşehirin pley-off mərhələsindəki mümkün rəqibi müəyyənləşib.

Başakşehir 3-cü təsnifat mərhələsində İberia Tbilisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində St.Patrick’s-FC Sabah matçının qalibi ilə qarşılaşacaq.

Bahar Rüstəm