Barış Alper Yılmazla maraqlanan dünya nəhəngini açıqladılar

Bakı, 20 iyul, Sporaz.tv

Galatasaray“da keçirdiyi uğurlu mövsümdən sonra AVRO-2024-dəki çıxışı ilə ulduzunu parlayan Barış Alper Yılmaz nəhəng klubların radarına düşüb. Bir müddət əvvəl İtaliya mətbuatı türkiyəli futbolçu ilə bağlı diqqəti cəlb edən iddia ilə çıxış edib.

 Sporaz.tv məlumat verir ki, “Galatasaray”da bir çox vəzifələrdə qazandığı uğurlu mövsümdən sonra Avropa nəhənglərinin radarına düşən Barış Alper Yılmaz AVRO-2024-də dəyərini artırıb.

Transfermarkt məlumatlarına görə, Barış Alper Yılmaz AVRO-2024-dən sonra dəyərini 3 milyon avro artıraraq, bazar dəyərini 20 milyon avroya çatdırıb.

Adı “Arsenal” və “Tottenham“la hallanan Barış Alper Yılmaz üçün daha bir Premyer Liqa nəhənginin meydana çıxdığı iddia edilirdi.

İtalyan jurnalist Nico Schira “Liverpool“un Barış Alper Yılmazla maraqlandığını iddia edib.

Barış Alper Yılmaz ötən mövsüm “Galatasaray”ın heyətində 55 oyun keçirib.

24 yaşlı futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.