Barış Alper Yılmazın transfer qiymətini açıqlayıblar

Bakı, 11 iyul, Sporaz.tv

Galatasaray“ın qiyməti yüksələn Barış Alper Yılmaz üçün daha bir transfer xəbəri yayılıb. Xəbərdə Barış Alper Yılmazın ifadəsi də vurğulanıb. Türk futbolçunun böyük ehtimalla bu yay “Galatasaray”dan ayrılacağı qeyd edilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”da keçirdiyi yaxşı mövsümün ardından AVRO-2024-də göstərdiyi performansla diqqət çəkən Barış Alper Yılmaz üçün daha bir transfer iddiası ortaya atılıb.

Barış Alper Yılmazla “Arsenal“, “Liverpool” və “Newcastle United” maraqlanır.

Xəbərdə futbolçunun AVRO-2024-dəki çıxışı vurğulansa da, 24 yaşlı futbolçunun qol vura bilməsə də tempi və enerjisi ilə turnirdə iz qoyduğu qeyd edilib.

Barış Alper Yılmazın transfer qiyməti üçün 22 milyon sterlinq (26,11 milyon avro) rəqəm açıqlanıb.

2023-24 mövsümündə “Galatasaray”la 55 matça çıxan və 3490 dəqiqə meydanda qalan Barış Alper Yılmaz 7 qol və 12 məhsuldar ötürmə statistikasına imza atıb.

Bahar Rüstəm