Barış Alper Yılmazın transfer qiyməti açıqlanıb

Bakı, 28 iyun, Sporaz.tv

Galatasaray“ın uğurlu futbolçusu Barış Alper Yılmaz bir çox Avropa klubunun radarındadır. Digər tərəfdən “Galatasaray” Barış Alper Yılmazın transfer qiymətini müəyyən edib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın və Türkiyə millisinin ulduzlarından olan Barış Alper Yılmaz “Sarı-qırmızılar”ın heyətində AVRO-2024-də “Aypara-ulduz” komandasında effektiv çıxışını davam etdirir.

Barış Alper Yılmaz bir çox Avropa komandasının maraq dairəsindədir.

Son olaraq Çexiya-Türkiyə matçında matçın futbolçusu seçilən Barış Alper Yılmaz üçün “Manchester United”, “Tottenham” və “Napoli”nin hərəkətə keçib.

TÜrkiyə milli futbolçusu ilə “Brighton”, “Eintracht Frankfurt”, “Bologna” və “Leipzig” də maraqlanır.

“Galatasaray” rəhbərliyi Okan Burukun komandada qalmaq istədiyi futbolçunu astronomik təklif gəlməyincə tərk etmək istəmir.

“Sarı-qırmızılılar” Barış Alper Yılmazın transfer qiymətini də təyin etdi.

Buna görə “Qalatasaray” 24 yaşlı futbolçudan ən azı 30 milyon avro transfer gəliri gözləyir.

Son mövsümdə 55 matça çıxan Barış Alper Yılmaz 7 qol və 12 məhsuldar ötürmə edib.

Mayın əvvəlində “Galatasaray”la yeni müqavilə imzalayan Barış Alperin komandası ilə daha 3 illik müqaviləsi var.

Bahar Rüstəm