Barış Alper Yılmazın menecerindən etiraf

Bakı, 12 sentyabr, Sporaz.tv

Barış Alper Yılmazın meneceri Tuncay Maldan, transferin son günündə ulduz futbolçu üçün 25 milyon avroluq transfer təklifi aldıqlarını, lakin “Galatasaray“(Qalatasaray)-ın bu təklifi geri çevirdiyini bildirib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”ın ulduzu Barış Alper Yılmazın meneceri Tuncay Maldan, sarı-qırmızılı futbolçunun gələcəyi ilə bağlı önəmli açıqlamalar verib.

Sports Digitale-ə danışan Maldan, Barış Alperin 25 milyon avroluq transfer təklifi aldığını bildirib və deyib:

“Transferin son günündə “Nottingam Forest”, Barış Alper üçün 25 milyon avroluq təklif etdi. “Galatasaray” bu təklifi rədd etdi. Transfer dövründə İngiltərə, Almaniya, İtaliya və Fransadan da rəsmi təkliflər aldıq. Rəhbərlik, Barışı göndərmək istəmədiyini bildirdi, ona görə də danışıqlarda irəliləyiş olmadı.Barış Alperin Avropa arzusu davam edir, amma hələlik o, yalnız “Galatasaray”-ın uğurlarına köklənib”.

Leave a Reply