Barış Alper Yılmazdan sonra Yusuf Yazıcı üçün transfer iddiası

Bakı, 2 sentyabr, Sporaz.tv

Lille“dən ayrıldıqdan sonra sərbəst vəziyyətdə olan Yusuf Yazıcı üçün sürpriz transfer iddiası gündəmə gəlib. Bir müddət əvvəl “Galatasaray“(Qalatasaray)-da çıxış edən Barış Alper Yılmazla maraqlandığı bildirilən “Olympiakos“(Olimpiakos)-un Yusuf Yazıcının da maraq dairəsində olduğu iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Lille” ilə müqaviləsini yeniləməyən Yusuf Yazıcının yeni ünvanı maraq doğurur.

Fransa mətbuatında yer alan iddiaya görə, türkiyəli futbolçunun marağında “Olympiakos” və “Lazio” kimi klublar var.

Avropada transfer pəncərəsi sentyabrın 1-də bağlansa da, klublar müqaviləsi olmayan futbolçuları heyətinə qata bilər.

Bu yaxınlarda “Olympiakos”-un da Barış Alper Yılmazla maraqlandığı iddia edilmişdi.

Qeyd edək ki, Yusuf Yazıcı ötən mövsüm “Lille” ilə 42 matçda 2128 dəqiqə meydanda olub. 27 yaşlı futbolçu bu matçlarda 12 qol vurub, 4 məhsuldar ötürmə edib.