Barış Alper Yılmaza sürpriz talib

Bakı, 30 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-da son mövsümə damğasını vuran adlardan Barış Alper Yılmaza sürpriz talib çıxıb. Yunanıstanın “Olympiakos” komandası adı əvvəllər “Liverpool“(Liverpul) və “Brighton“(Brayton) kimi Premyer Liqa komandaları ilə hallanan türkiyəli futbolçu üçün hərəkətdədir. Transfer dövrünün əvvəlində 30 milyon avroya Barış Alper Yılmazın qapısını açan rəhbərliyin bu dəfə futbolçu istəsə transferə icazə verəcəyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, ötən mövsüm “Galatasaray”-ın və Türkiyə millisinin rəhbərliyi altında çıxışı ilə diqqət çəkən Barış Alper Yılmazın sürpriz talibi var.

Yunanıstanın “Olympiakos“(Olimpiakos) komandası Barış Alper Yılmazla maraqlanır.

Transfer dövrünün əvvəlində 30 milyon avroya Barış Alper Yılmaza qapı açan rəhbərliyin strategiyasını da dəyişdiyi iddia edilib.

Rəhbərliyin Barış Alper Yılmaza gələn bütün təklifləri bu nöqtədə dəyərləndirəcəyi bildirilib.

Barış Alper Yılmaz istəsə, futbolçunun transferinə icazə veriləcək.

24 yaşlı futbolçu bu mövsüm “Galatasaray”-ın heyətində 5 oyuna çıxıb.

Barış Alper Yılmaz bu matçlarda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.