Barış Alper Yılmaz və Michy Batshuayidən şərh

Bakı, 18 sentyabr, Sporaz.tv

Trendyol Super Liqasının 3-cü həftə təxirə salınması matçında “Galatasaray“(Qalatasaray), “Gaziantep FK“-nı qəbul edib. Qarşılaşmada “Galatasaray” 3:1 hesabı ilə qalib gəlib.

Sporaz.tv məlumat verir ki, Trendyol Superliqasının 3-cü həftəsində keçirilməsi planlaşdırılan “Galatasaray”- “Gaziantep FK” matçı sarı-qırmızılıların “Young Boys“(Yanq Boyz) matçı səbəbindən təxirə salınıb. Təxirə salınma matçında 3:1 hesabı ilə qalib gələn “Galatasaray”, 5-ci matçında 5-ci qələbəsini qazanıb.

Qarşılaşmadan sonra “Galatasaray”-ın futbolçuları Michy Batshuayi və Barış Alper Yılmaz açıqlama verib.

Michy Batshuayi etdiyi şərhdə: “Yaxşı matç keçirdik. Derbi öncəsi qələbə bizə inam yaradacaq. Üç belə hücumçunun olması müsbət haldır. Derbi mənim üçün vacib vəziyyət olacaq. Qol vurub qələbə qazanmaq istəyirəm”. – dedi.

Barış Alper Yılmaz dedi: “Çox gözəl mühitimiz var. Seriyamız davam edir. Azarkeşlərimizə hədiyyə olsun. Bizi çox gözəl derbi gözləyir. Diqqətimizi buna yönəldəcəyik”.

Leave a Reply