Barış Alper Yılmaz üçün son söz deyilib

Bakı, 16 iyul, Sporaz.tv

Transfer dövrünün məşhur simalarından Barış Alper Yılmaz üçün son qərarı “Galatasaray“ın verdiyi iddia edilib. Gənc ulduzun transfer qiymətini “sarı-qırmızılılar” müəyyənləşdirsə də, bu rəqəmdən aşağı olan hər hansı təklif nəzərə alınmayacaq. Rəhbərliyin bu qərarla bağlı Barış Alper Yılmazı da məlumatlandırdığı öyrənilib.

Sporaz.tv xəbər verir ki, uğurlu mövsümünü AVRO 2024-dəki çıxışı ilə taclandıran Barış Alper Yılmazın adı bir çox Avropa komandalarında hallanır.

Türk futbolçudan asanlıqla imtina etmək fikrində olmayan “Galatasaray” Barış Alper Yılmazın transfer qiymətini müəyyən edib.

“Sarı-qırmızılılar” Barış Alper Yılmaz üçün 30-35 milyon avroluq təklif gözləyir. “Galatasaray” bu rəqəmdən aşağı heç bir təklifi nəzərə almayacaq. Bu qərarla bağlı sarı-qırmızılı rəhbərliyin Barış Alper Yılmaza məlumat verdiyi bildirilib.

Barış Alper Yılmaz ötən mövsüm “Galatasaray”ın heyətində 55 oyun keçirib. 24 yaşlı futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bahar Rüstəm