Barış Alper Yılmaz üçün rekord transfer haqqı

Bakı, 9 iyul, Sporaz.tv

Galatasaray“dakı uğurlu mövsümünü AVRO-2024-də taclandıran Barış Alper Yılmaz bağlı yeni iddia ortaya atılıb. İngiltərə mətbuatı Premyer Liqa komandası “Aston Villa“nın Barış Alper Yılmazdan sonra olduğunu bildirərkən, transfer üçün rekord transfer haqqını da açıqladı.

Sporaz.tv xəbər verir ki, ötən mövsüm “Galatasaray” forması altında göstərdiyi performansla Avropanın diqqətini çəkən Barış Alper Yılmaz AVRO-2024-də də Milli Komandanın forması ilə adından söz etdirib.

Avropa komandalarının radarında olan Barış Alper Yılmaz üçün İngiltərə mətbuatından təəccüblü iddia gəlib.

“Aston Villa”nın Barış Alper Yılmazla maraqlandığı bildirilərkən, “Galatasaray”ın bu transfer üçün 24,5 milyon funt-sterlinqdən aşağı təklifləri qəbul etməyəcəyi bildirilirdi.

Sarı-qırmızılılar 24,5 milyon avroya transferi reallaşdırsa, Barış Alper Yılmaz Super Liqada ən bahalı yerli futbolçu satışı kimi tarixə düşəcək.

Barış Alper Yılmazın çox yönlü oyununun “Aston Villa”nı özünə cəlb etdiyi və İngiltərə komandasının bu transfer üçün iddialı komandalardan biri ola biləcəyi də qeyd olunub.

Barış Alper ötən mövsüm “Galatasaray”ın heyətində 55 oyun keçirib. Milli futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.

Bahar Rüstəm