Bakı, 9 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray) Barış Alper Yılmazla oturmağa hazırlaşır. Sarı-qırmızılılar türkiyəli futbolçuya böyük maaş verərək onunla müqaviləni yeniləmək üzrədir.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın son çempionluğunda böyük pay sahibi olan adlardan Barış Alper Yılmazın maaşında da yaxşılaşma olacağı iddia edilirdi.
Barış Alper Yılmazın, illik 10 milyon lirə qazandığı müqaviləsində 7 qat artım olacaq.
Xəbərdə Barış Alper Yılmazın 2027-ci ilə qədər müqavilə müddətinin dəyişməyəcəyi və maaşının 70 milyon lirəyə endiriləcəyi bildirilib.
Barış Alper Yılmazın qısa müddətdə rəsmi olaraq yeni müqavilə imzalaması gözlənilir.
Barış Alper Yılmaz bu mövsüm “Galatasaray”-ın heyətində 13 oyun keçirib. 24 yaşlı futbolçu bu matçlarda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.