Barış Alper Yılmaz üçün “Galatasaray”da yeni müqavilə

Bakı, 7 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray), Barış Alper Yılmazın müqaviləsini uzatmaq istəyir.

Sporaz.tv məlumat verir ki, “Galatasaray” daxili transferdə Barış Alper Yılmazla yeni müqavilə imzalamağı planlaşdırır.

Sarı-qırmızılılar türkiyəli futbolçu ilə 5 illik yeni müqavilə imzalamaq istəyərkən, maaşında da böyük artım etməyə hazırlaşır. Klubun illik 10 milyon TL qazanan türkiyəli futbolçunun maaşını 75 milyon TL-yə yüksəldəcəyi bildirilib.

Xəbərdə, bu ödənişin yerli futbolçular üçün yüksək maaş olacağı və Barış Alper Yılmazın transfer pəncərəsi bağlandıqdan sonra yeni müqavilə imzalayacağı qeyd edilib.

“Galatasaray”-da 114 matça çıxan Barış Alper Yılmaz bu matçlarda 13 qol vurub, 14 məhsuldar ötürmə edib.

Türkiyəli futbolçu sarı-qırmızılıların heyətində Superliqa (2) və Superkubok çempionu olub.

Leave a Reply