“Barcelona”ya kapitanından pis xəbər

Bakı, 23 sentyabr, Sporaz.tv

İspaniya La Liqasında “Barcelona“, kapitanı Marc ter Stegenin dizində patella vətərində qırılma aşkarlandığını açıqlayıb. Təcrübəli qolkiperin mövsümün qalan hissəsində oynaması gözlənilmir.

Sporaz.tv məlumat verir ki, klubun saytında verilən açıqlamada “Villarreal” matçında zədələnən Stegenin sağ dizindəki patella vətərinin qopduğu bildirilib.

Almaniyalı qolkiper bu gün dizindən əməliyyat olunacaq.

Mark ter Stegen La Liqanın 6-cı həftəsində “Barcelona”-nın “Villarreal”-la matçının ilk yarısının son dəqiqəsində zədələnib.

Topu mövqeyə almaq üçün tullanaraq yerə basarkən dizindən zədə alan təcrübəli qolkiperi İnaki Pena əvəzləyib.

Stegen, bu mövsüm “Barcelona”-nın keçirdiyi bütün matçlarda start 11-də yer alıb. İspaniya mətbuatında çıxan xəbərlərə görə, Ştegenin mövsümün qalan hissəsində oynaması gözlənilmir.

Leave a Reply